2022-ci ildə nüvə silahlarına qlobal xərclər 82,9 milyard dollara çatıb

19:10 12 İyun 2023

Nüvə silahlarına qlobal xərclər 2022-ci ildə əvvəlki ilə nisbətən 3 faiz artaraq 82,9 milyard dollara çatıb.

Sitat.info xəbər verir ki, Nüvə Silahlarının Qadağasının İzlənməsi və Beynəlxalq Nüvə Silahları Təşəbbüsü (ICAN) 2022-ci il üçün nüvə silahı xərclərinə dair hesabatı BMT-nin Cenevrə ofisinə akkreditə olunmuş Mətbuat Məmurları Assosiasiyasının təşkil etdiyi mətbuat konfransında ICAN-ın Siyasət və Tədqiqat Koordinatoru Alicia Sanders-Zakre və Proqram Koordinatoru Susi Snyder tərəfindən açıqlanıb.

Hesabatda deyilir ki, doqquz nüvə silahına malik ölkə öz arsenallarını modernləşdirməyə və genişləndirməyə davam etdiyi üçün nüvə silahına qlobal xərclər ardıcıl üçüncü ildir artmaqda davam edir.

Müvafiq olaraq, keçən il nüvə silahına xərclənən məbləğ əvvəlki ilə nisbətən 3 faiz artaraq 82,9 milyard dollar təşkil edib. ABŞ nüvə silahlarına ən çox pul xərcləyən ölkə olaraq qalmasına baxmayaraq, ötən il bu sahəyə 43,7 milyard dollar xərcləyib.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti