İsrail Misir sərhədindəki münaqişədən sonra yeni tədbirlər görür

19:13 12 İyun 2023

İsrailin Misir sərhədindəki münaqişədən sonra sərhəd xəttinə yaxınlaşmasının qarşısını almaq da daxil olmaqla yeni tədbirlər görəcəyi açıqlanıb.

Sitat.info xəbər verir ki, İsrail ordusunun radiosundan verilən açıqlamada, 3 iyunda Misir sərhədində baş verən qarşıdurmadan sonra İsrail qüvvələrinin Misir əsgərlərinin qeyri-adi hərəkətlərinə qarşı ayıq-sayıq olmaları istənilib.

Bəyanatda “Misir əsgərlərinə artıq etibar edilə bilməz” və sərhəddə hər hansı qeyri-adi vəziyyətin “hücum” kimi qiymətləndiriləcəyi barədə xəbərdarlıq edilib.

Belə bir halda İsrail əsgərlərinin atəş açmağa hazırlaşacağı və Misir əsgərlərinin sərhədə yaxınlaşmasının qarşısı alınacağı bildirilib.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti