Finlandiyanın NATO-nun hərbi qanadına formal inteqrasiya prosesi başa çatıb

20:55 12 İyun 2023

Finlandiya prezidenti Sauli Niinistö ölkəsinin NATO-nun hərbi qanadına formal inteqrasiya prosesinin başa çatdığını açıqlayıb.

Sitat.info xəbər verir ki, Niinistö Finlandiyanın NATO-nun hərbi qanadına daxil olması prosesinin başa çatması haqqında birgə bəyannamənin imzalanması mərasimində çıxış edib.

Bu gün keçirilən mərasimin Finlandiya Müdafiə Qüvvələri ilə NATO hərbi strukturları arasında inteqrasiya prosesinin rəsmi şəkildə başa çatdığını bildirən Niinistö: "Proses çox sürətlə irəliləyib. 30 ilə yaxındır ki, NATO ilə sıx əməkdaşlığımız və hərbi əməkdaşlıq imkanlarımız buna səbəb olub", - deyə bildirib.

Finlandiyanın NATO strukturuna tam inteqrasiyasının zaman alacağını vurğulayan Niinistö deyib: "Müttəfiq Finlandiya olaraq, müvafiq hüquq və öhdəliklərə malik bir ittifaq üzvü olaraq prosesi davam etdiririk. NATO Finlandiya ilə öz öhdəliklərinə ciddi yanaşan bir müttəfiq qazandı".

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti