Pakistanda "Biparjoy" qasırğası ilə bağlı xəbərdarlıq edilib

21:01 12 İyun 2023

Pakistanda bir müddət əvvəl başlayan şiddətli yağış və fırtınadan sonra ölkədə "Biparjoy" qasırğası həyəcanı verildi və bu günə qədər 2 min insanın təxliyə edildiyi bölgədə daha 60 min insanın təxliyə ediləcəyi açıqlandı.

Sitat.info xəbər verir ki, Pakistanın Sind əyalətinin Kəraçi şəhərində "Biparjoy" qasırğası barədə xəbərdarlıq edilib. Pakistan Meteorologiya İdarəsinin (PMD) verdiyi açıqlamada, ölkədəki şiddətli fırtınadan sonra son dərəcə şiddətli siklon olaraq təyin olunan "Biparjoy" qasırğasının sahil şəhərinin 600 kilometrliyində olduğu bildirilib.

Kəraçinin sahil yolu nəqliyyata bağlanıb. Sind administrasiyası sürətlə yaxınlaşan qasırğa səbəbiylə Badin şəhərinin sahil bölgələrində hər hansı can itkisinin qarşısını almaq üçün bölgədəki 60 min insanın təxliyə ediləcəyini açıqlayıb.

İndiyədək təxliyə edilənlərin sayının 2 min nəfər olduğu açıqlanıb.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti