Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterreş Rusiyanın gələn ay başa çatacaq Qara Dəniz Taxıl Dəhlizi Sazişindən çıxma ehtimalından narahatlığını ifadə edib.
Sitat.info xəbər verir ki, Quterreş mətbuat konfransında sual üzərinə Qara Dəniz Taxıl Dəhlizi Sazişi təşəbbüsünün davam etdirilməsi üçün işlərini davam etdirəcəklərini söyləyib.
Rusiyanın təşəbbüsdən geri çəkilmə ehtimalından narahat olub-olmadığını soruşduqda, Quterreş deyib: "Əvvəla, bəli, mən bundan narahatam, lakin biz təşəbbüsü saxlamaq və Rusiyanın ixraclarını asanlaşdırmaq üçün çox çalışırıq".
Seymur Bənnayev
Sitat.info