Belçikada ukraynalı qaçqın "poz-qazan"dan 500 min avro mükafat qazanıb

22:23 12 İyun 2023

Gənc ukraynalı Belçikanın paytaxtı Brüsseldə oynadığı 5 avroluq "Poz-qazan"dan 500 min avro mükafat qazanıb.

Sitat.info xəbər verir ki, Belçika Milli Lotereya İdarəsindən verilən yazılı açıqlamada, bir ukraynalı qaçqının oynadığı 5 avro dəyərində "poz-qazan"dan 500 min avro mükafat aldığı açıqlanıb.

Açıqlamada şanslı qalibin cinsinin kişi, yaşının 18-24 aralığında olduğu və bir ildir Brüsseldə yaşadığı qeyd olunub. Ukraynalı gənc müharibə bitdikdən ölkəsinə qayıdacağını və qazandığı pulla oradakı tikinti işlərinə dəstək verəcəyini bildirib. 

Açıqlamada Milli Lotereya Administrasiyasının sözçüsü Joke Vermoere deyib: "Onun hissləri çox qarışıq idi. Fikri Ukraynada idi. Təbii ki, ölkəsi belə bir vəziyyətdə olanda xoşbəxt olmaq onun üçün çətin idi, amma eyni zamanda çox sevinirdi və ümid dolu idi". 

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti