Konqo Demokratik Respublikasında dəhşətli hücum: 23-ü uşaq olmaqla 46 nəfər ölüb

23:28 12 İyun 2023

Konqo Demokratik Respublikasının Djuqu bölgəsində məcburi köçkünlər üçün düşərgəyə silahlı hücum edilib. Hücum nəticəsində 23-ü uşaq olmaqla azı 46 nəfər həlak olub.

Sitat.info xəbər verir ki, Qan donduran hücum Konqo Demokratik Respublikasında həyata keçirilib.

İturi əyalətinin Djuqu bölgəsində məcburi köçkünlərin məskunlaşdığı Lalə düşərgəsinə silahlı hücum edilib. Ölkənin şərqində müşahidəçi şəbəkəsi olan "Kivu Security Tracker" hücumda ən azı 46 nəfərin öldüyünü, icma lideri Desire Malodra isə ölənlərdən 23-nün uşaq olduğunu açıqlayıb.

Yerli mənbələr, hücum edənlərin evləri yandıraraq mülki insanlara silahlarla  hücum etdiyini, çox sayda insanın isə yanaraq öldüyünü bildirib.

Düşərgənin Birləşmiş Millətlər Təşkilatının (BMT) Buledəki bazasından 5 kilometr uzaqda olduğu açıqlanıb.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti