Almaniyada kilsə təbliğat üçün süni intellektdən istifadə edib

11:20 13 İyun 2023

Almaniyanın Furth şəhərindəki St. Paul Kilsəsi bu yaxınlarda süni intellektin rəhbərliyi ilə.mərasim təşkil edib.

Sitat.info xəbər verir ki, "Deutscher Evangelischer Kirchentag" (Alman Evangelist Kilsəsi Konqresi) adlı konqres çərçivəsində keçirilən tədbir böyük marağa səbəb olub.

Mərasimin başlamasına bir saat qalmış insanlar 19-cu əsr kilsəsinin qarşısında uzun növbə yaradıblar.

Bütün ritual dörd fərqli avatar, iki gənc qadın və iki gənc oğlan tərəfindən ekranlara verilib.

“İndi tam zamanıdır” şüarı ilə başlayan tədbirin əsas mövzusu tərəqqi, ölüm qorxusuna qalib gəlmək və imanı yaşatmaq olub.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti