Bulvarda kaktusları kəsərək yandıran şəxs saxlanıldı - VİDEO

11:55 13 İyun 2023

Dənizkənarı Bulvar ərazisində kaktusların kəsilməsi, yandırılması ilə bağlı yayılan görüntülər araşdırılıb.

DİN-in mətbuat xidmətindən Sitat.info-ya bildirilib ki, əməli törədən şəxs – Varis Etibar oğlu Cəfərli polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

Araşdırmanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcəkdir.

Qeyd edək ki, bir nəfər naməlum şəxsin Bakı Bulvarında dekorativ ağacları kəsərək yandırması barədə görüntülər sosial şəbəkələrdə yayılıb.



Xəbər xətti