Nazir müavini Anar Kərimov şəhid Vüqar Məmmədovun ailəsini ziyarət edib

21:16 19 Mart 2022

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov 44 günlük Vətən müharibəsinin şəhidi Məmmədov Vüqar Elxan oğlunun ailəsini ziyarət edib.

SİTAT.İNFO Musavat.com-a istinadən xəbər verir ki, Vüqar Məmmədov Füzuli rayonunun Yuxarı Seyidəhmədli kəndi uğrunda döyüşlərdə şəhid olub. Prezident İlham Əliyevin Sərəncamları ilə “Füzulinin azad olunmasına görə” və “Vətən uğrunda” medalları ilə təltif olunub.

Şəhidin ailəsinin sosial müdafiəsi istiqamətində müvafiq işlər aparılıb. Ailəyə birdəfəlik sığorta ödənişi və maddi yardım verilib. Şəhidin anası Prezidentin təqaüdü və pensiya ilə təmin olunur.

Ailə ilə görüşdə şəhid Vüqar Məmmədovun həyat yolundan bəhs olunub. Onun hərbi əməliyyatlar zamanı göstərdiyi şücaətlərin vətənpərvərlik və qəhrəmanlıq nümunəsi olduğu vurğulanıb.

Nazir müavini ölkəmizdə şəhid ailələrinin diqqət və qayğı ilə əhatə olunduqlarını, bu sahədə aparılan işləri qeyd edib. O, digər şəhidlərimiz kimi, şəhid Vüqar Məmmədovun ailəsinin də yaşayışının daim diqqətdə saxlanacağını bildirib.



Xəbər xətti