Rusiya Qarabağ məsələsini gələcək nəsillərə saxlamağa, Qərb isə bu məsələni bitirməyə çalışır" - İsa Qəmbər

16:15 13 İyun 2023

"Rusiya qısqanclıq edir, vaxtaşırı bəyanatlar verir ki, Qərb mərkəzləri Rusiyanı Ermənistan-Azərbaycan məsələsində danışıqlar prosesindən uzaqlaşdırmaq istəyir. Əslində bu belədir. Qərb Rusiyanı Cənubi Qafqazdan uzaqlaşdırmaq istəyir. Amma Qərb səbrlə davranır, Moskva görüşlərinin də guya əhəmiyyətli  ola biləcəyinə işarələr edirlər. Çünki, bəzi məlumatlara görə, Qərb Rusiyanı Cənubi Qafqazdan uzaqlaşdırmağa çalışsa da, elə bir xətt izləmək istəyir ki, Rusiya simasını qorusun. Yəni başını itirib, növbəti bir provokasiya, böyük bir savaş çıxarmasın".

Sitat.info xəbər verir ki, bu sözləri "LAF TV"nin efirində Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri  İsa Qəmbər deyib.

İ. Qəmbər bildirdi ki, Azərbaycan Ermənistan münasibləri normallaşsa, Rusiya öz əsgərlərini Xankəndidən  çıxarmağa məcbur olacaq: "Rusiya başa düşür ki, Azərbaycan Ermənistan münasibətləri normallaşsa, Rusiyalıq iş qalmayacaq. Rusiya öz əsgərlərini Xankəndidən  çıxarmağa məcbur olacaq. Rusiyanın Azərbaycana, eyni zamanda Ermənistana təsir mexanimzi məhdudlaşacaq və nəticədə Cənubi Qafqazdan getməyə məcbur olacaq".

Tanınmış siyasətçi vurğuladı ki, Kreml məsələni gələcək nəsillərə saxlamaq istəyir: "Rusiya bunu başa düşür və ona görə də məsələni belə qoyur ki, sülh müqaviləsi olursa olsun, yollar açılırsa açılsın, sərhədlər müəyyənləşirsə müəyyənləşsin, ancaq Qarabağ məsələsini  gələcək nəsillərə qalsın. Bunu Putin də açıq şəkildə dedi.  Onlar istəyirlər ki, Qarabağ məsələsi bir yara kimi, problem kimi qalsın. Qərbin yanaşması  isə budur ki,  məsələ  bitsin, Qarabağın Azərbaycan torpağı olduğu qəbul edilsin. Faktiki onlar buna nail olub. Həm Ermənistanla, həm Azərbaycanla danışıqlar nəticəsində Ermənistan hakimiyyəti son vaxtlar Qarabağın Azərbaycan ərazisi olduğunu qəbul ediblər". 

Məğrur,

Sitat.info



Xəbər xətti