Lukaşenko nüvə silahlarından danışdı: "Çəkindirici silahlardır, ancaq lazım gəlsə tərəddüd etmədən..."

16:54 13 İyun 2023

Belarus prezidenti Aleksandr Lukaşenko Rusiyanın Belarus ərazisində taktiki nüvə silahı yerləşdirməsi ilə bağlı verdiyi açıqlamada bu silahların “çəkindirici” olacağını və yalnız Belarusa hücumda istifadə ediləcəyini bildirib.

Sitat.info xəbər verir ki, Belarus prezidenti Lukaşenko Minsk vilayətindəki sursat istehsalı müəssisəsinə baş çəkib.

Burada mətbuat mənsubları qarşısında çıxış edən Lukaşenko Rusiyanın Belarus ərazisində yerləşdirdiyi taktiki nüvə silahlarını dəyərləndirib.

"Bu silahların yalnız Belarusa qarşı hücumda istifadə ediləcəyini bildirən Lukaşenko deyib ki, ölkəsinə qarşı hücumlara dərhal cavab veriləcək: "Bu, ona görə lazımdır ki, bəziləri Belarus ərazisinə ayaq basmasın. Bu silahlar yalnız Belarusa hücuma qarşı istifadə edilə bilər. Cavabı dərhal veriləcək. Mən bunu əvvəllər də bir neçə dəfə demişəm.
Bu silahlar “çəkindirici” silahlardır, lakin lazım gələrsə istifadə etməyə  tərəddüd etməyəcəyik".

Lukaşenko deyib ki, bu cür silahlara sahib olan bir ölkə ilə kimsə döyüşmək istəməz: " Bunlar çəkindirici silahlardır. Allah eləməsin ki, müasir dövrdə bu silahların istifadəsi ilə bağlı qərar verməli ola bilərəm. Bizə qarşı hücum olarsa, tərəddüd etməyəcəyəm".

Məğrur, 

Sitat.info



Xəbər xətti