Belarus prezidenti Aleksandr Lukaşenko Kiyevin Qərbdən idarə olunduğunu iddia edib. AzVision.az xəbər verir ki, o, Yaponiya telekanalına müsahibəsində "Ukraynada vəziyyət Kiyevdə olan Qərb və ABŞ nümayəndələri tərəfindən idarə olunur" deyib.
"İndi bu mənim qənaətimdir. Bəlkə də səhv edirəm. Orada, birbaşa Kiyevdə müəyyən insanlar, ilk növbədə, cəbhədəki, müharibədəki vəziyyətə nəzarət edirlər. Bütün prosesləri Zelenski idarə etmir, hətta hərbçilərə özünü necə aparmağı məsləhət görən müşavirlər belə bunu etmirlər. Orada Qərb və ABŞ nümayəndələri Rusiyaya qarşı duraraq hərbi əməliyyatı tamamilə nəzarətə götürüblər. Məncə onlar Kiyevi rəsmi şəkildə ən müasir silahlarla təmin etmələri ilə yanaşı, hərbi müqavimətə, Ukraynadakı hərbi prosesə də tam cavabdehdirlər, - prezident deyib.
Aleksandr Lukaşenko onu da deyib ki, "heç kim Minskdən Rusiya qoşunlarının Ukraynada hərbi xüsusi əməliyyatında iştirak etməyi xahiş etmir, Rusiya bunu təkbaşına idarə edə bilər: "Biz Rusiya üçün bu əməliyyatlara heç nə əlavə edə bilmərik. Onların kifayət qədər canlı qüvvəsi və texnikası var. Bizimkilərlə eynidir, hətta daha müasirdir. Ona görə də Rusiya bu problemin öhdəsindən Belarussuz, Yaponiyasız və başqa ölkələrsiz gələcək. Moskva bu problemi həll edəcək. Amma yeganə məsələ odur ki, insanlar əziyyət çəkəcək. Ona görə də buna son qoymaq lazımdır, - Lukaşenka jurnalistlərə müsahibəsində deyib.
"Qərb bizi Ukrayna münaqişəsinə cəlb edə bilməyəcək" - Lukaşenko deyib.
Qeyd edək ki, Ukrayna rəsmiləri müharibə başlayandan rəsmi Kiyevin müharibəyə bir neçə dəfə Rusiya tərəfdən qatıldığını iddia edib.