Myanmada 2021-ci ilin fevralında baş verən hərbi çevrilişin ilk 20 ayında həyatını itirən mülki vətəndaşların sayının 6337 nəfərə çatdığı məlum olub.
Sitat.info xəbər verir ki, Oslo Sülh Araşdırmaları İnstitutu tərəfindən dərc edilən hesabatda çevrilişdən sonra 20 ay ərzində Myanmada ölən və yaralanan mülki vətəndaşların sayı təhlil edilib.
Məlumata görə, 2021-ci il fevralın 1-dən 2022-ci il sentyabrın 30-na kimi 6 min 337 nəfər “siyasi səbəblər” üzündən ölüb, 2 min 614 nəfər isə yaralanıb.
Bundan əlavə, bu ölümlərin 3 min 3-ü ordu, polis və milislər, 2 min 152-si isə silahlı müxalifət qrupları tərəfindən törədilib.
Bu rəqəmlərin beynəlxalq təşkilatlar da daxil olmaqla indiyə qədər açıqlanan məlumatlardan daha yüksək olduğu görünür.
"Bu rəqəm KİV-dəki rəqəmlərdən xeyli yüksəkdir, lakin bu məlumatlar etibarlı xəbər mənbələrindən alınan ölüm sayına əsaslanır", - hesabatda deyilir.
Seymur Bənnayev
Sitat.info