Britaniyanın xarici işlər naziri Liz Trass rusiyalı iş adamlarına qarşı tətbiq edilən sanksiyaların ləğv edilməyəcəyini bildirib.
“Bu, son dərəcə çətindir (sanksiyaların ləğvini təsəvvür etmək - red.). Bu oliqarxlar Rusiya prezidenti Vladimir Putinə öz işini görməyə imkan veriblər”, - deyə Trass “Times” qəzetinə müsahibəsində bildirib.
O, həmçinin Londonun “Çelsi” futbol klubunun sahibi olan rusiyalı iş adamı Roman Abramoviçin heç vaxt Böyük Britaniyaya qayıda bilməyəcəyini də vurğulayıb.