Nigeriyanın Niger əyalətində toydan qayıdanları daşıyan qayığın batması nəticəsində azı 100 nəfər ölüb.
Sitat.info xəbər verir ki, qayıq Niger çayında ağaca çırpılaraq batıb.
İlkin məlumata görə, azı 100 nəfər həyatını itirib, bir çoxu isə itkin düşüb.
Kvara əyalətinin qubernatoru bildirib ki, qəzada itkin düşənlərin xilas edilməsi üçün işlər davam etdirilir.
Qeyd edək ki, Nigeriyada yağışlı mövsümdə çaylarda vaxtaşırı qayıq qəzaları baş verir.
Ötən ay ölkənin Sokoto ştatında sərnişin qayığının batması nəticəsində 15 nəfər həlak olub.
Seymur Bənnayev
Sitat.info