ABŞ-ın keçmiş prezidenti Donald Tramp dövlətə aid məxfi sənədləri gizlətməkdə ittiham olunaraq Mayami federal məhkəməsinə gəlib. Tramp işin ilk dinləməsi başa çatdıqdan sonra məhkəməyə qədər sərbəst buraxılıb.
Sitat.info xarici mənbəyə istinadən xəbər verir ki, ABŞ-ın Florida ştatının Mayami şəhərindəki Wilkie D Ferguson Ədliyyəsində tapılan məxfi sənədlərdən sonra başladılan istintaq çərçivəsində açılan işin ilk iclasında iştirak edən ABŞ-ın keçmiş prezidenti Donald Tramp mühakimə olunana qədər sərbəst buraxılıb.
Təxminən 45 dəqiqə davam edən dinləmə zamanı Tramp ona qarşı irəli sürülən 37 ittihamın hamısını rədd edib.
Seymur Bənnayev
Sitat.info