Ukrayna Rusiyanın Odessaya raket hücumunda ən azı 3 nəfərin öldüyünü, 13 nəfərin yaralandığını açıqlayıb.
Sitat.info xəbər verir ki, Ukrayna Silahlı Qüvvələrinin Cənub Komandanlığı Rusiyanın şəhərə 4 qanadlı raket atdığını, daha əvvəl atılan 2 raketin isə hədəflərinə çatmamış məhv edildiyini bildirib.
Şəhərin mərkəzində bir iş binasına, təhsil müəssisəsinə, yaşayış kompleksinə, qida obyektlərinə və mağazalara ziyan dəydiyi açıqlanıb.
Hücumda ən azı 3 nəfərin öldüyü bildirilib, dağıntıların aradan qaldırılması işlərinin davam etdiyi və dağıntılar altında insanların ola biləcəyi bildirilib.
Seymur Bənnayev
Sitat.info