Tramp: "Dərin dövləti tamamilə məhv edəcəm"

11:27 14 İyun 2023

ABŞ-ın keçmiş prezidenti Donald Tramp 2024-cü ildə yenidən vəzifəyə başlayacağı təqdirdə dərin dövləti tamamilə məhv edəcəyini və prezident Co Baydenə qarşı cinayət ittihamlarının arxasını buraxmayacağını bəyan edib.

Sitat.info xəbər verir ki, Tramp Mayamidə məxfi dövlət sənədlərini gizlətməkdə ittiham olunaraq hakim qarşısına çıxdıqdan sonra Nyu-Cersidə tərəfdarları ilə görüşüb.

2024-cü ildə ABŞ-da keçiriləcək prezident seçkilərində qalib gələcəyi təqdirdə Baydenə qarşı irəli sürülən cinayət iddialarından əl çəkməyəcəyini vurğulayan Tramp: "ABŞ tarixinin ən korrupsiyalaşmış prezidenti Bayden və ailəsinə xüsusi prokuror təyin edəcəyəm", - deyib.

Çıxışında ölkənin seçki və sərhəd siyasətlərinə xələl gətirdiyini iddia etdiyi şəxslərin də məsuliyyətə cəlb ediləcəyi işarə edən Tramp: "Yenidən seçildiyim zaman başqa çarəmiz qalmayacaq. Dərin dövləti tamamilə məhv edəcəyəm", - deyib.

Keçmiş prezident Tramp ona qarşı aparılan təhqiqatları “ölkə tarixindəki ən iyrənc və ən pis təqib” adlandırıb və onların “siyasi motivli” olduğunu iddia edib.

Ona qarşı irəli sürülən ittihamların diqqəti "Bayden ailəsinə qarşı rüşvət iddiaları" fikrindən yayındırmaq məqsədi daşıdığını iddia edən Tramp deyib: "Diqqəti casusluqdan və əsl cinayətlərdən yayındırmaq istəyirlər. Gəlin Trampı günahlandıraq ki, 5 milyon dollar rüşvətdən danışmasın".

Donald Tramp haqqında aparılan istintaqa özəl xüsusi səlahiyyətli ekspert kimi təyin edilmiş keçmiş baş prokuror Cek Smitə isə “yarmaz” və “qeyri-sabit” deyə xitab edib. 

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti