Ukrayna Rusiyanın gecə saatlarında liman şəhəri Odessaya hücum etdiyini açıqlayıb.
Sitat.info xəbər verir ki. Ukrayna rəsmiləri şəhərdəki anbar, mağaza və təhsil müəssisəsinə edilən hücumlarda 3 nəfərin həyatını itirdiyini, 13 nəfərin isə yaralandığını açıqlayıb.
Ukrayna rəsmiləri dağıntılar altında sağ qalanların ola biləcəyindən narahatdırlar. Hücum zamanı təhsil müəssisəsi, yaşayış kompleksi, kafe, mağaza, mağazalara ciddi ziyan dəyib.
Ukrayna Silahlı Qüvvələrinin Cənub Komandanlığından verilən açıqlamada Odessanın Qara dənizdən, bir gəmidən atılan 4 qanadlı raketlə vurulduğu, iki qanadlı raketin isə hava hücumundan müdafiə sistemi ilə vurulduğu bildirilib.
Gecə saatlarında həyata keçirilən hücumlarda dağıntılar altında qalan insanların olmasından narahat olan Ukrayna hakimiyyəti axtarış-xilasetmə işlərini sürətləndirib.
Səid,
Sitat.info