Yunanıstanın Peloponnes yarımadası yaxınlığında çoxlu sayda immiqrantın olduğu qayıq batıb.
Sitat.info xəbər verir ki, Yunanıstan mətbuatında yer alan xəbərə görə, Peloponnes yarımadası yaxınlığındakı Pilos sahillərində qeyri-qanuni miqrantları daşıyan balıqçı qayığı hələ ki, naməlum səbəbdən aşıb.
Beynəlxalq sularda baş verən insidentdə 17 nəfər ölüb, 100-dən çox insan xilas edilib.
Xilas edilən miqrantların Kalamata limanına aparıldığı, axtarış-xilasetmə işlərinin davam etdiyi qeyd edilib.
Qayıqda neçə nəfərin olduğu hələlik məlum deyil.
Digər tərəfdən, bu gün səhər saatlarında Krit adası açıqlarında 80 qeyri-qanuni miqrantın xilas edildiyi bildirilib.
Seymur Bənnayev
Sitat.info