Qazaxıstan Rusiyadan aviasiya yanacağının idxalına qadağa qoyub

15:26 14 İyun 2023

Qazaxıstan Rusiyadan dəmir yolu ilə idxal edilən aviasiya yanacaqlarına müvəqqəti qadağa qoyub.

Sitat.info xəbər verir ki, Qazaxıstan Energetika Nazirliyindən verilən açıqlamada müvəqqəti qadağanın ölkədə çox miqdarda aviasiya yanacağının olması səbəbindən alındığı bildirilib.

Açıqlamada, Almatıda 25 min ton, Astanada isə 6 min ton aviasiya yanacağının hava limanlarının ehtiyacları üçün vaqonlarda saxlandığı qeyd edilib: “Bu vəziyyət 20-30°C-də dəmir yolunda partlayışa səbəb ola bilər".

Qadağa qərarının müddəti ilə bağlı dəqiq tarix verilməyib.

Qeyd edək ki, Rusiya mətbuatı daha əvvəl bildirib ki, Qazaxıstan Milli Dəmir Yolu Şirkəti (KTJ) iyunun 14-dən iyulun 14-dək Rusiya aviasiya yanacağının daşınmasına qadağa qoyub.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti