Qazaxıstan 7 gündür meşə yanğını ilə mübarizə aparır

16:29 14 İyun 2023

Qazaxıstanın şərqindəki Abay vilayətində iyunun 8-də baş vermiş meşə yanğını ilə mübarizə 7-ci günündə də davam edir.

Sitat.info xəbər verir ki, Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin verdiyi açıqlamaya görə, yanğına havadan və qurudan müdaxilə edilir.

Səhər saatlarına olan məlumata görə, yanğın ərazisinə havadan 640 ton su buraxılıb və mübarizə 4 istiqamətdə davam edir.

Nazirlik yanğının yaşayış məntəqələrinə keçmə riskinin olmadığını açıqlayıb.

Digər tərəfdən, meşə yanğınında həyatını itirənlərin ailələri və yanğın bölgəsindən təxliyə edilənlər üçün yardım kampaniyaları başladılıb.

İyunun 8-də Semey meşəsində baş verən yanğına ilk müdaxilə edən 14 meşə işçisi həyatını itirib.

İyunun 12-də işçilər üçün “Ümumxalq Hüzn Günü” elan edilib.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti