Erməni deputatdan SENSASİON AÇIQLAMA: Bunu edən mavilərdir

11:36 20 Mart 2022

Ermənistan parlamentinin dünənki iclasında sensasion qalmaql yaşanıb. Alp.az erməni mediasına istinadən xəbər verir ki, dünəndən erməni parlamentindəki qadınlar məcburi olaraq mavi geyim geyinməyə məcbur edilib. Bu geyim forması iclasda geniş müzakirəyə səbəb olub. Ermənistan Milli Məclisinin “Hayastan” fraksiyasının üzvü Areqnaz Manukyan iclasda bütün erməniləri bu geyimə görə təhqir edib.

” Büdcədən bu geyim üçün fantastik məbləğdə pul silinib. Niyə mavi geyim? Bax mənim üçün maraqlıdır. Bu geyim üçün parlamentin büdcəsindən 500 min dollara yaxın vəsait silinib. Bu geyimi bizə rəva görən kimdir? O, şəxs və ətrafındakılar mavidirmi?

Mən spikerin vəzifəsini müvəqqəti icra edən Akop Arşayana sorğu göndərmişəm.

1. Milli Məclisin əməkdaşları kimin qərarı ilə xüsusi geyim forması geyinməyə başlayıblar?

2. Həmin formanı tam olaraq kim geyinir?

3. Bu formaların istehsalı üçün müqaviləni hansı şirkət imzalayıb? O şirkət kimə məxsusdur? Yuxarıda qeyd olunan müqavilə nə vaxt bağlanıb, hansı müddətə, şirkət hansı xidmətləri göstərməlidir? Xidmət nə qədər başa gəlib və hansı vəsaitdən ayrılıb?

4. Uniforma geyinənlərin siyahısını genişləndirmək nəzərdə tutulurmu? Əgər belədirsə, hansı işçilər hansı dövrdən bu formanı geyinməlidirlər?” -deyə Areqnaz Manukyan bildirib.

Ermənistan parlamentinin aparat rəhbəri Vahan Naribekyan bildirib ki, parlamentin iclaslarında xidmət edən işçilər onun göstərişi ilə xüsusi geyim geyinirlər. Qalmaqal da bundan sonra başlayıb.

image-5555

Areqnaz Manukyan onlara bu geyimi geyməyi rəva görən parlamentin bütün kişi deputatlarını təhqir edib: ”Bizə bu geyimi rəva görənlər özləri nə geyinir? Bu geyimi bizə rəva görənlər özləri mavidir. Cinsi azliq nümayəndəsidir və mən bunu subut etməyə hazıram”- deyə Areqnaz Manukyan əl işarəsi ilə onları mavi adlandırıb./Alp.az



Xəbər xətti