Baham Adaları İttifaqının Mərkəzi Bankının məlumatına görə, adaların maliyyə quruluşlarında Rusiyaya bağlı olan 3 milyard dollara yaxın aktivlər var.
SİTAT.İNFO Musavat.com-a istinadən xəbər verir ki, Bankın məlumatında aşkarlanan aktivlərin 420 milyon dolları depozitlər, 2,5 milyard dollar yaxını isə son benefisiarları Rusiya vətəndaşları və ya onlara bağlı şəxslərolan depozitar və trast aktivlərdir. Qurum həmçinin bəyan edib ki, açıqlanan aktivlər sırf sanksiya altında olan deyil, ümumilikdə Rusiyaya bağlılığı olan aktivlərdir.
Qeyd edək ki, ötən həftə Baham Adaları İttifaqının Mərkəzi Bankı sanksiya altına düşən Rusiya mənşəli maliyyə qurumları və fiziki şəxslərlə bütün əməliyyatları qadağan edib.