NATO-nun baş katibi Yens Stoltenberq bildirib ki, İsveçin NATO-nun 11-12 iyulda keçiriləcək "NATO Sammiti"nə qədər üzvlüyü mümkündür, lakin o, buna zəmanət verə bilməz.
Sitat.info xəbər verir ki, Stoltenberq NATO-nun Brüsseldəki mənzil-qərargahında keçirilən NATO Müdafiə Nazirləri Toplantısı öncəsi jurnalistlərin suallarını cavablandırıb.
İsveçin NATO-ya üzvlüyünün Vilnüs Zirvəsinə yetişmə ehtimalı ilə bağlı suala Stoltenberq Türkiyə, İsveç və Finlandiya arasında Daimi Müştərək Mexanizm toplantısının dünən Ankarada keçirildiyini və bunun konstruktiv bir mühitdə keçdiyini bildirib.
Stoltenberq İsveçin ötənilki Madrid Sammitində razılaşdırılmış Üçtərəfli Memorandum çərçivəsində öhdəliklərini yerinə yetirdiyini bildirib.
"Türkiyənin qanuni təhlükəsizlik narahatlıqları var. Heç bir müttəfiq terrordan Türkiyədən daha çox zərər görməmişdir", - deyən Stoltenberq İsveçin üzvlüklə bağlı bunları deyib:
"İsveçin üzvlüyü Vilnüs Sammitinə qədər mümkündür, lakin mən buna təminat verə bilmərəm. Biz İsveçin ən qısa zamanda iştirakını təmin etmək üçün çalışırıq. Bu münasibətlə prezident Rəcəb Tayyib Ərdoğanla keçirdiyim görüşlərdən məmnunam. Bu həftə daimi mexanizmin iclası keçiriləcək".
Seymur Bənnayev
Sitat.info