Böyük Britaniya Ukraynaya bu pilotsuz təyyarələri göndərir - VİDEO

12:55 15 İyun 2023

Böyük Britaniyanın Müdafiə Nazirliyi Ukraynaya təhvil verilməsi üçün ən son model pilotsuz təyyarələrin əks olunduğu videoçarx nümayiş etdirib.

Sitat.info xəbər verir ki, bu barədə "Tvitter"də video yayımlanıb.

Yayımlanan kadrlarda sualtı sursatlara malik orta ölçülü pilotsuz təyyarələr əks olunub. Videoda həm yerdən, həm də döyüş gəmisindən havaya qalxa bilən kəşfiyyat pilotsuz təyyarəsi də yer alıb.

“Ukrayna üzrə Beynəlxalq Fond ölkənin təhlükəsizliyinin təmin edilməsi üçün vacib olan strateji əhəmiyyətli resursları təmin edəcək. Sifariş edilən cihazların ilk partiyası yaxın ayda ölkəyə gətiriləcək”, - deyə məlumatda bildirilir.

Qeyd olunur ki, texnika Kiyevə daha əvvəl elan olunmuş 92 milyon funt-sterlinq (115 milyon dollar) məbləğində hərbi yardım çərçivəsində çatdırılacaq.

 



Xəbər xətti