Yunanıstanda batmış miqrant qayığında can itkisinin 79 olduğu açıqlanıb

14:10 15 İyun 2023

Ötən gün Yunanıstan sahillərində yüzlərlə immiqrantın olduğu qayıq aşıb. Yunan mediası can itkisinin 79-a yüksəldiyini açıqlayıb.

Sitat.info xəbər verir ki, Yunan mediası dünən Peloponnes yarımadasının 75 kilometr cənub-qərbində immiqrantları daşıyan qayığın batması ilə nəticələnən fəlakətdə can itkisinin 79-a yüksəldiyini açıqlayıb.

Yunanıstan sahil mühafizə qrupları axtarış-xilasetmə işlərini davam etdirir. Digər tərəfdən mühacirlərin olduğu qayığın batmasından əvvəl çəkilən fotolar Yunanıstan Sahil Mühafizəsinin rəsmi internet saytında yayımlanıb.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti