İyunun birinci yarısında dünyada havanın temperaturu rekord həddə çatıb

16:37 15 İyun 2023

İyunun ilk 11 günündə dünya üzrə temperatur ilin bu dövrü üçün rekord həddə çatıb.

Avropa İttifaqının (Aİ) Kopernik İqlim Dəyişikliyi Xidmətinin məlumatlarına görə, "El Nino" hava hadisəsinin formalaşmasından və keçən ay rekord qıran dəniz səthinin temperaturundan bu ilin iyun ayının ilk 11 günündə quruda havanın temperaturu ölçülən ən yüksək orta səviyyəyə çatıb. 

İyun ayında qlobal hava istiliyi ilk dəfə sənayedən əvvəlki orta göstəricini 1,5 dərəcə üstələyib.

Ümumdünya Meteorologiya Təşkilatı may ayında açıqladığı hesabatda 2023-2027-ci illər üçün qlobal orta hava istiliyinin ən azı bir il ərzində sənayedən əvvəlki orta göstəricidən 1,5 dərəcə yuxarı qalması ehtimalının 66 faiz olduğunu açıqlayıb.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti