İsrail: "Almaniya bizdən “Arrow 3” hava hücumundan müdafiə sistemi alacaq"

17:48 15 İyun 2023

İsrail Müdafiə Nazirliyi Almaniya Müdafiə Nazirliyinin və "Bundestaq"ın Büdcə və Müdafiə Komitələrinin İsrail-ABŞ birgə istehsalı olan “Arrow 3” hava və raketdən müdafiə sisteminin alınması üçün lazımi addımların atılması öhdəliyinin təsdiqini alqışlayıb.

Sitat.info-nun məlumatına görə, qeyd edilib ki, İsrail rəsmiləri alqı-satqı müqaviləsini yekunlaşdırmaq üçün alman həmkarları ilə danışıqları davam etdirirlər.

İsrail Müdafiə Nazirliyinin rəsmiləri ilə davamlı əlaqədə olan ABŞ rəhbərliyindən sonra Almaniyanın lazımi satış icazəsini almaq üçün öhdəlik məktubu imzalayacağı bildirilib.

Bildirilir ki, İsrail Müdafiə Nazirliyinin ABŞ Raketdən Müdafiə Agentliyi və İsrail Aerokosmik Sənayesi ilə əməkdaşlıqda hazırladığı və ballistik raketləri ələ keçirmək üçün nəzərdə tutulan “Arrow 3” “dünyada bu tipli ən qabaqcıl sistemlərdən biridir.

Qeyd edək ki, İsrail və Almaniya rəsmiləri hava hücumundan müdafiə sistemlərinin satın alınması üçün 2022-ci ilin sentyabrında və 2023-cü ilin aprelində görüşüblər.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti