Filippinin Batanqas əyalətində baş verən 6,3 bal gücündə zəlzələ panikaya səbəb olub.
Sitat.info xəbər verir ki , Filippinin Batanqas əyalətində yerli vaxtla səhər saat 10:20 radələrində 6,3 bal gücündə zəlzələ baş verib. Filippin Vulkanologiya və Seysmologiya İnstitutundan verilən açıqlamada episentri Kalataqan bölgəsindən 15 kilometr qərbdə olan zəlzələnin yerin 119 kilometr dərinliyində meydana gəldiyi qeyd edilib.
Açıqlamada zəlzələnin metr dərinliyində baş verdiyi üçün sunaminin gözlənilmədiyi, 1,5 və 3,1 bal gücündə afterşokların yaşandığı qeyd edilib. Ən
Zəlzələdə can itkisi və böyük miqyasda dağıntı olmadığı bildirilsə də, zəlzələ zamanı panikaya düşən Filippinlilər təşviş içində küçələrə axışıb. Filippin Milli Dəmir Yolları təhlükəsizlik yoxlamaları səbəbiylə bəzi qatar xidmətlərinin dayandırıldığını açıqlayıb. Zəlzələ ilə əlaqədar bəzi bölgələrdə məktəblərin fəaliyyəti və dövlət müəssisələrində də işlər dayandırılıb.
Seymur Bənnayev
Sitat.info