Binəli Yıldırım Şuşaya getdi

18:04 15 İyun 2023

Türkiyənin Ədalət və İnkişaf Partiyası sədrinin birinci müavini Binəli Yıldırım Şuşaya səfər edib.

Sitat.info xəbər verir ki, Yıldırım bu barədə özünün Tvitter səhifəsində paylaşım edib.

"2023-cü ildə Türk Dünyasının mədəniyyət paytaxtı elan edilən Şuşadayıq. Türk millətinin iki mümtaz dövləti olan Türkiyə ilə Azərbyacan arasındakı strateji əlaqələrin gələcəkdəki yol xəritəsini müəyyənləşdirmək məqsədilə təşkil etdiyimiz Azərbaycan-Türkiyə Strateji Müttəfiqlik Əlaqələri: Gələcəyimizin Ortaq Yol Xəritəsi” adlı beynəlxalq konfransının xeyirli olmasını diləyirəm”, - Yıldırım bildirib.



Xəbər xətti