Rusiya Fövqəladə Hallar Nazirliyi (FHN) Kaxovka bəndinin bombalanmasından sonra daşqın baş verən Xerson vilayətindən 7 min 525 nəfərin təxliyə edildiyini açıqlayıb.
Sitat.info xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin bəyanatında deyilir: “FHN Xerson ərazisində 1872 bina və 44 ictimai binanı təxliyə edib. Təxliyə fəaliyyətləri başlayandan 461-i uşaq olmaqla 7525 nəfər təxliyə edilib. 20 yerləşdirmə mərkəzində 1764 nəfər qalır. Hərəkət qabiliyyəti zəif olan xəstələr yerli xəstəxanadan evakuasiya edilib və avtobuslarla təhlükəsiz yerə aparılıb. Fövqəladə Hallar Nazirliyinin əməkdaşları həmçinin su çəkməyə və binaları və ətraf əraziləri dezinfeksiya etməyə davam edir. Zərərin miqyası evlərə baş çəkməklə qeydə alınır”, - deyə məlumatda bildirilir.
Seymur Bənnayev
Sitat.info