Böyük Britaniya, ABŞ, Danimarka və Hollandiyanın Müdafiə nazirlikləri Ukraynaya orta və qısa mənzilli hava hücumundan müdafiə sistemləri dəstəyi verəcəklərini açıqlayıblar.
Sitat.info xəbər verir ki, Brüsseldə keçirilən Ukrayna Müdafiə Təmas Qrupu toplantısında bir araya gələn 4 ölkə, Rusiyanın artan hava hücumları qarşısında hava hücumundan müdafiə sistemlərinin Ukraynaya dəstəyinin prioritet olduğunu vurğulayıb.
Ukraynaya yüzlərlə qısa və orta mənzilli hava hücumundan müdafiə sistemi raketləri ilə bağlı sistemlər verəcəklərini bəyan edən 4 ölkə, sözügedən texnikanın Ukraynaya əks-hücumlarda əhəmiyyətli bir güc verəcəyini bildirib.
Seymur Bənnayev
Sitat.info