FETÖ-nün keçmiş polkovniki xaricə qaçarkən saxlanıldı

18:27 15 İyun 2023

Türkiyə təhlükəsizlik qüvvələrinin FETÖ üzvlərinin saxlanılması istiqamətində əməliyyatları davam edir.

Sitat.info xəbər verir ki, növbəti əməliyyat Təkirdağın Şarköy rayonunda baş tutub.

Əməliyyat çərçivəsində axtarışda olan keçmiş polkovnik T.K gizləndiyi ünvanda saxlanılıb. Onunun xarici ölkələrdən birinə qaçmaq istədiyi bəlli olub.

T.K barəsində həbs qəti tədbir imkanı seçilib.



Xəbər xətti