Ukrayna: "Ukrayna qoşunları son 10 gündə şərqdə 3 kilometrdən çox irəliləyib"

19:01 15 İyun 2023

Ukrayna müdafiə nazirinin müavini Anna Malyar Ukrayna ordusunun şərqdə 3 kilometrdən çox irəlilədiyini bəyan edərək ordunun cənubda möhkəm addımlarla irəlilədiyini deyib.

Sitat.info xəbər verir ki, Malyar Müdafiə Nazirliyinin Hərbi Mətbuat Mərkəzində Ukrayna qüvvələrinin son əks-hücumları barədə məlumat verib.

Əsgərlərinin cənubda inamla irəlilədiyini ifadə edən Malyar deyib: "Ukrayna əsgərləri son 1,5 həftədə şərqdə 3 kilometrdən çox irəlilədi".

Rusların güclü müqavimətinə işarə edən Malyar, Ukrayna əsgərlərinin minalanmış sahələr, kamikadze pilotsuz uçan aparatlardan istifadə və intensiv atəşlərlə üzləşdiyini bildirib.

Rus ordusunun ehtiyat qüvvələrini və maşınlarını Baxmut istiqamətində geri çəkdiyini bildirən Malyar, Ukrayna qüvvələrinin rusların planını həyata keçirməsinə imkan vermədiyini qeyd edib.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti