NATO: *Ukrayna irəliləyir, dəstəyi davam etdirməliyik"

22:19 15 İyun 2023

NATO-nun baş katibi Yens Stoltenberq Ukrayna ordusunun Rusiya qüvvələrinə qarşı əks-hücumunda irəliləyiş əldə etdiyini və Ukraynaya hərbi dəstəyin davam etdirilməli olduğunu bildirib.

Sitat.info xəbər verir ki, Brüsseldə keçirilən NATO Müdafiə Nazirləri Toplantısı çərçivəsində keçirilən NATO - Ukrayna Komissiyası iclasının açılışında çıxış edən Stoltenberq Ukraynanın son vaxtlar Rusiyaya qarşı əks hücuma keçdiyini xatırladıb.

Stoltenberq deyib: "Ukrayna irəliləyir. Ukraynaya hərbi texnika, silah və sursat tədarük etməyə davam etməliyik və bunu artırmalıyıq".

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti