İyunun 16-da Sosial Tədqiqatlar Mərkəzində "Heydər Əliyev ili" çərçivəsində Milli Qurtuluş Gününün 30 illiyinə həsr olunan "Heydər Əliyev və insan hüquqları: Qurtuluşdan başlanan inkişaf yolu" mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçirilib.
Sitat.info xəbər verir ki, bildirir ki, konfransda Sosial Tədqiqatlar Mərkəzinin sədri, Milli Məclisinin deputatı Zahid Oruc, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva, Ədliyyə Nazirliyinin İnsan Hüquqları və İctimaiyyətlə Əlaqələr idarəsinin rəisi Aynur Sabitova, BDU hüquq fakültəsinin dekanı Zaur Əliyev, millət vəkilləri, vətəndaş cəmiyyəti nümayəndələri, hüquq müdafiəçiləri, KİV-nin nümayəndələri iştirak edib.
Tədbirdə çıxış edən Ədliyyə Nazirliyinin İnsan Hüquqları və İctimaiyyətlə Əlaqələr idarəsinin rəisi Aynur Sabitova Heydər Əliyevin Azərbaycanda insan hüquqları ilə bağlı gördüyü işlərdən danışıb.
O bildirib ki, 1993-cü ildən ölüm cəzasının icrasına veto qoyulması, 1998-ci ildə isə Şərqdə ilk dəfə olaraq Azərbaycanda bu cəza növünün tamamilə ləğv edilməsi Ulu Öndər Heydər Əliyevin böyük qəlb və mənəviyyat sahibi olduğunu, şəxsiyyətcə böyüklüyünü bir daha təsdiqləyir.
İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Səbinə Əliyeva çıxış edərək həm 15 iyun - Milli Qurtuluş günü və 18 iyun -İnsan Hüquqları günü münasibəti ilə hər kəsi təbrik edib.
Səbinə Əliyeva bildirib ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan insan hüquqları sahəsində hüquqi islahatlar uğurla davam etdirilir.
Bakı Dövlət Universiteti Hüquq fakültəsinin dekanı Zaur Əliyev İnsan hüquqları elminin və tədrisinin inkişafında Ulu Öndər
Heydər Əliyevin müstəsna xidmətlərindən danışıb.
Sosial Tədqiqatlar Mərkəzinin sədri, Milli Məclisinin deputatı Zahid Oruc da çıxış edərək deyib ki, Heydər Əliyevin dövlət quruculuğunda və hüquq sisteminin inkişafındakı xidmətlərindən bəhs edib.
Tədbirdə Heydər Əliyevin xilaskarlıq missiyasına həsr olunan filmin nümayiş etdirilib. Tədbir çıxışlarla davam edib.
Məğrur,
Sitat.info