Ukrayna Rusiyanın 6 “Xəncər”ini məhv etdi

16:29 16 İyun 2023

Bu gün Rusiyanın Kiyevə atdığı raketlərdən 12-si hava hücumundan müdafiə sistemləri tərəfindən məhv edilib.

Sitat.info xəbər verir ki, bu barədə Kiyev şəhər admisitrasiyasından məlumat verilib.

Məlumata görə, 6 ədəd “Xəncər” aeroballistik və 6 ədəd “Kalibr” qanadlı raketləri məhv edilib. Daha iki ədəd PUA vurulub.

Kiyev şəhər administrasiyasının rəhbəri Sergey Popkonun sözlərinə görə, hədəflərin hamısı Kiyev səmasında məhv edilib.



Xəbər xətti