Google işçilərinə öz proqramına qarşı xəbərdarlıq verib

16:54 16 İyun 2023

"Google"un ana şirkəti "Alphabet" öz işçilərini süni intellektli chatbotlara, o cümlədən özünün "Bard" proqramına qarşı xəbərdar edib.

Sitat.info xəbər verir ki, Reuters xəbər agentliyinin 4 fərqli mənbəyə istinadən verdiyi xəbərə görə, texnologiya nəhəngi əməkdaşlarına gizli məlumat və materialları chatbotlara göndərməməyi əmr edib.

Adı açıqlanmayan mənbələr həmçinin bildiriblər ki, "Alphabet" öz mühəndislərinə chatbot tərəfindən yaradılan kodları birbaşa istifadə etməməyi deyib.

Reutersə bu xəbərdarlığı təsdiqləyən Google səbəb kimi məxfilik problemləri və məlumatın qorunması siyasətini göstərib.

Çünki şirkətlər süni intellekt yetişdirmək üçün söhbətlərin məzmununu belə chatbotlarda saxlayır. Bundan əlavə, işçilər danışıqlara baxa bilərlər.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti