Daşqınlardan zərər çəkən Xerson normal həyata qayıtmağa çalışır

17:16 16 İyun 2023

Ukraynada Kaxovka Anbarı və Su Elektrik Stansiyasının (SES) partladılması nəticəsində daşqınlardan zərər çəkən Xerson sakinləri normal həyata qayıtmaq üçün səylərini davam etdirirlər.

Sitat.info xəbər verir ki, Ötən həftə Ukraynanın Xerson vilayətində Kaxovka SES-də baş verən partlayışdan sonra bölgənin bir çox yaşayış məntəqəsi su altında qalıb.

Təxminən 16 min adamın zərər çəkdiyi hadisədən sonra axtarış-xilasetmə işləri başlasa da, suyun səviyyəsi aşağı düşən Xerson şəhərinin bəzi məhəllələri canlanmağa başlayıb.

Şəhərə qayıdan vətəndaşlar seldən zərər çəkmiş evlərində və iş yerlərində təmizlik və abadlıq işləri aparırlar.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti