Putinin müavini: Türkiyə-Rusiya münasibətlərində reallaşdırılmamış böyük potensial var

17:18 16 İyun 2023

Rusiya prezidenti Vladimir Putinin müavini Maksim Oreşkin Türkiyə ilə bir çox sahədə mühüm layihələrin və araşdırmaların aparıldığını ifadə edərək, gələcək üçün hələ reallaşdırılmamış böyük potensialın olduğunu deyib.

Sitat.info xəbər verir ki, Rusiyanın keçmiş iqtisadi inkişaf naziri Oreşkin, Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda sualları cavablandırıb.

Türkiyə ilə Rusiya arasında mühüm işlərin aparıldığını bildirən Oreşkin deyib: "Bir çox sahədə böyük işlər aparılır. Bu sahələr də hər kəs tərəfindən tanınır. Məsələn, nüvə enerjisi, qarşılıqlı ticarət və s. kimi bir çox sahədə intensiv işlərimiz davam edir".

Türkiyə və Rusiyanın bir çox maraqlı layihələri birgə həyata keçirdiyinə diqqət çəkən Oreşkin: “Açıq şəkildə deyə bilərəm ki, əməkdaşlığımızda mümkün potensialın 50 faizini belə həyata keçirməmişik”, - deyib.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti