Ukrayna:" Rusiya "Kinjal" və "Kalibr" raketləri ilə Kiyevə hücum etdi"

17:33 16 İyun 2023

Kiyev Şəhər Hərbi Administrasiyasının rəisi Sergey Popko bildirib ki, Rusiya ordusu hipersonik "Kinjal" və uzaq mənzilli yüksək dəqiqlikli "Kalibr" raketləri ilə paytaxt Kiyevə hücum edib.

Sitat.info xəbər verir ki, Popko, administrasiyanın sosial media hesabından verdiyi açıqlamada, Rusiyanın bu gün Kiyevə intensiv hava hücumu təşkil etdiyini bildirib.

Rusların ballistik, qanadlı raketlər və PUA-ları eyni anda istifadə etdiyini bildirən Popko deyib: "Kiyev ətrafındakı hava məkanında 6 "Kinjal" aerobalistik raketi, 6 "Kalibr" qanadlı raketi və 2 kəşfiyyatçı PUA məhv edilib".

Popko, ilkin təsbitlərə görə hücumda can itkisi və ya dağıntının olmadığını qeyd edib.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti