Saakaşvili elan etdi: Aktiv siyasətə qayıdıram!

19:12 16 İyun 2023

Sağlamlıq durumuma baxmayaraq, Ukraynadakı fəaliyyətimlə yanaşı, Gürcüstan siyasətində də aktiv iştirak etmək niyyətindəyəm.

Sitat.info xəbər verir ki, bu sözləri Gürcüstanın həbsdə olan eks-prezidenti Mixail Saakaşvili deyib.

“Bu gündən etibarən fiziki imkanların daxilində bütün məhkəmə iclasında iştirak edəcəyəm”, - deyə o bildirib.

Qeyd edək ki, Vahid Milli Hərəkat Partiyası 2024-cü ildə partiyanın qurucusu, Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilinin Baş nazir postuna namizədliyini irəli sürmək planlarını açıqlanıb.



Xəbər xətti