Çimərliyə getmək istəyənlərin diqqətinə!

13:58 17 İyun 2023

Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən “Sitat.info”ya verilən məlumata görə, iyunun 17-də şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Dəniz suyunun temperaturu şimal çimərliklərində - Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 22-23° isti, cənub çimərliklərində - Türkan, Hövsan, Sahil, Şıx 24-25° isti olacaq.

 



Xəbər xətti