Xerson atəşə tutuldu - 2 ölü, 25 yaralı

10:31 17 İyun 2023

Rusiya ordusu növbəti dəfə Ukraynanın Xerson vilayətini atəşə tutub.

“Sitat.info” “Ukrainskaya pravda”ya istinadən xəbər verir ki, cümə günü vilayətin atəşə tutulması nəticəsində 2 nəfər həlak olub, daha 25 nəfər isə yaralanıb. 

Məlumata görə, rusiyalı hərbçilər Xersonun yaşayış məntəqələrini 75 dəfə atəşə tutub.

Mərmilərin təhsil müəssisələrinə, inzibati və ticarət obyektlərinə düşdüyü bildirilir.

 



Xəbər xətti