Əli Əliyev işdən çıxarıldı

11:28 17 İyun 2023

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Gürcüstandakı nümayəndəliyinin rəhbəri olmuş Əli Əliyev işdən çıxarılıb.

Bu barədə “Sitat.info”ya QMİ-nin Mətbuat Xidmətindən məlumat verilib.

Rəsmi məlumata görə, Ə.Əliyevin səlahiyyət müddəti başa çatıb.

“Onun səlahiyyət müddətinin başa çatması ilə əlaqədar 2023- cü ilin yanvarında fəaliyyətinə müvafiq əmrlə xitam verilib. Fəaliyyət müddətinin uzadılması vəzifəsinin öhdəsindən gələ bilməməsi, işində yol verdiyi nöqsanlar səbəbindən məqsədəuyğun sayılmayıb”, - QMİ-nin məlumatında vurğulanıb.

 



Xəbər xətti