İranda silahlı qarşıdurma: ölənlər var

12:06 17 İyun 2023

İyunun 16-da İranın Sistan və Bəlucistan əyalətində SEPAH qüvvələri həbi əməliyyat keçirib.

Sitat.info xəbər verir ki, bu barədə SEPAH-ın Qüds qüvvələrinin ictimaiyyətlə əlaqələr bölməsi məlumat yayıb.

Məlumatda hərbi əməliyyat nəticəsində SEPAH-a bağlı “Bəsic” qüvvələrinin bir zabitinin öldüyü bildirilib.

Bəyanatda “quldur” adlandırılan şəxslərdən 2-nin öldürüldüyü, 6 nəfərin həbs edildiyi, çox sayda silah-sursatın götürüldüyü qeyd edilib.



Xəbər xətti