Ukrayna: "8 yaşayış məntəqəsi azad edilib"

11:04 19 İyun 2023

Ukrayna müdafiə nazirinin müavini Anna Malyar bildirib ki, cənub cəbhəsində iki həftəlik hücum əməliyyatı zamanı xilas edilən yaşayış məntəqələrinin sayı 8-ə çatıb.

Sitat.info xəbər verir ki, Malyar, sosial media hesabından verdiyi açıqlamada, Ukrayna ordusunun son bir həftə ərzində həm hücum, həm də müdafiə əməliyyatları həyata keçirdiyini bildirib.

Rusların Ukrayna əsgərlərinin Baxmut istiqamətində irəliləyişini dayandırmaq üçün şərqə əlavə birlik yerləşdirdiyini müdafiə edən Malyar: "Bu istiqamətdə qarşıdurmaların intensivliyi keçən həftə azaldı, lakin qarşıdurmalar davam etdi. Ümumilikdə 41 toqquşma baş verdi və qoşunlarımız bir sıra sahələrdə irəliləyiş əldə etdi”, - deyib.

Rus ordusunun ötən həftə Liman, Kupyansk, Avdiyivka və Marinka istiqamətlərində hücumlarını davam etdirdiyinə diqqət çəkən Malyar, bu bölgələrdə mövqelərini itirmədiklərini bildirib.

Malyar açıqlamasında qeyd edib: “Berdyansk və Melitopol istiqamətlərində 2 həftə davam edən hücum əməliyyatları zamanı "Tavriya" müdafiə qüvvələri ümumilikdə 8 yaşayış məntəqəsini, yəni Novodarivka, Levadne, Storojeve, Makarivka, Blagodatne, Lobkove, Neskuchne, Pyatihatskini azad edib. Ordumuz 7 kilometrə qədər irəliləyib. İşğaldan azad edilmiş torpaq sahəsi 113 kvadrat kilometrdir”.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti