Rusiya yeni taktikaya əl atıb: İndi də "intihar tankları" göndərir...

13:17 19 İyun 2023

"Dünya aylardır Rusiya ilə Ukrayna arasında gedən müharibəni qorxu və təlaşla izləyir. Müharibə ölüm-itimlə davam edərkən, dərc edilən görüntülərlə Rusiyanın yeni taktikası ortaya çıxdı.

Ukraynanın çoxdan gözlənilən hücumu başlayandan sonra Rusiya yeni taktikaya əl atıb.

Sitat.info Britaniyanın Daily Mail qəzetinə istinadən xəbər verir ki, rus əsgərləri Ukrayna qüvvələrinə qarşı “intihar tankı”ndan istifadə edib.
Telegram-da yayımlanan kadrlarda rus əsgərlərinin içi boş tanklarını partlayıcılarla doldurduğu və pultla Ukrayna səngərlərinə doğru getdiyi görünür.

Britaniya qəzeti Donetskdən gələn yeni videogörüntülərdəki tankın T-54 olduğunu və içərisində 6 ton partlayıcı olduğunu yazıb. Sözügedən videoda Ukrayna əsgərlərinin tankı dayandırmaq üçün ciddi səy göstərdiyi görünür. 

Eyni xəbərə görə, tank minaya düşüb və böyük partlayışa səbəb olub.
“Daily Mail” yazır ki, “tank ukraynalılardan təxminən 60 metr aralıda dayandırılsa da, partlayışdan yaranan böyük təzyiq dalğası yəqin ki, bəzi əsgərləri öldürüb”.

Rusiya ən azı iki dəfə bu taktikadan istifadə edib, lakin partlayış ilk dəfə kameralara düşüb.

Digər tərəfdən, Rusiya Duması Rusiya Müdafiə Nazirliyinə Ukraynada döyüşmək şərti ilə məhkum edilmiş cinayətkarlarla müqavilə bağlamaq səlahiyyəti verib.

Yeni qanun məhkəmə prosesi başa çatmış və hökmü çıxarılan, lakin hələ də həbsxanaya daxil olmayan məhkumları əhatə edir.

Nərgiz, 

Sitat.info



Xəbər xətti